Logo

UNEC ilə Qazaxıstanın İqtisadi Tədqiqatlar İnstitutu arasında memorandum imzalanıb

02.07.2021 09:16 520 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu (İAETİ) ilə Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin “İqtisadi Tədqiqatlar İnstitutu” Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi İAETİ-nin direktoru professor Yadulla Həsənli və “İqtisadi Tədqiqatlar İnstitutu” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ruslan Sultanov imzalayıb.


UNEC-dən bildirilib ki, memorandumda iki institut arasında birgə layihələrin işlənməsi, təcrübə mübadiləsi, iqtisadi siyasət və iqtisadi stabillik üzrə tədbirlərin, o cümlədən konfrans və seminarların keçirilməsi, birgə məqalələrin dərc edilməsi və s. nəzərdə tutulub. Memorandumda, həmçinin əməkdaşlığın institusional mexanizmləri, tərəflər arasında əməkdaşlığı tənzimləyən ümumi şərtlər müəyyənləşdirilib.

Xəbər lenti