Logo

Azərbaycanlı alimin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda dərc edilib

02.07.2021 09:17 316 baxış
IMG

AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin beynəlxalq əməkdaşlıq çərçivəsində həmmüəllifi olduğu “Krestiazidlər C-G, Cruciata articulata (Buğumlu krusiata) bitkisindən alınmış monotropenoid qlikozidlər” adlı məqaləsi “Elsevier” nəşriyyatının “Fitokimya” jurnalında (PHYTOCHEM-D-21-00220, impakt faktoru 3, 044) dərc olunub.


Bu barədə institutdan məlumat verilib.

 

Bildirilib ki, məqalə Azərbaycanın Lerik rayonunda 1402 metr hündürlükdən yığılmış Rubiaceae fəsiləsinə aid ot bitkisindən ayrılmış və təsviri olmayan beş monotropenoid glykosidlərin ayrılması və strukturunun təsvirinin aydınlaşdırılmasına həsr edilib. Yeni birləşmələrin strukturunu müəyyən etmək üçün geniş spektroskopik təhlil, xüsusilə 2D NMR istifadə edilib. Bundan əlavə, bu sinif birləşmələrinin ayrılması üçün molekulyar şəbəkə istifadə edilib, zülalların identifikasiyasının (MS-MS) ətraflı təhlili isə bir neçə ikinci dərəcəli komponent üçün strukturlarını təklif etməyə imkan yaradıb. Bu məlumatlar yaxınlarda təsvir olunan növün fitokimyəvi analizi haqqında ilk hesabatdır. Bütün ayrılmış birləşmələr sitotoksik, antimikrob aktivliyi Çin Xalq Respublikasının əczaçılıq elm və texnologiya məktəbinin analitik mərkəzində təsdiq edilib. Məqaləni “ScienceDirect” saytında dünyanın 15 milyondan çox tədqiqatçısı oxuya bilər.

Xəbər lenti