Logo

ADBTİA-nın elmi-tədris laboratoriyasında reabilitasiya keçmiş qəhrəman hərbçimiz “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib

02.07.2021 11:08 902 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, xidməti vəzifəsini ləyaqətlə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rasim Yaxini “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib.


Rasim Yaxin Vətən müharibəsi zamanı Şuşa uğrunda gedən döyüşlərdə sol gözünü və sol saidinin 1/3 hissəsini itirib. Qəhrəman hərbçimiz bir müddət ADBTİA-nın elmi-tədris laboratoriyasında reabilitasiya keçib.


Qeyd edək ki, Rasim Yaxin “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilib.

Xəbər lenti