Logo

Memarlıq və İnşaat Universitetində müəllimlər üçün yeni tədris metodu üzrə təlimlərə başlanılıb

28.10.2020 19:01 489 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müəllimlər üçün innovativ tədris metodu olan PBL üzrə 1 həftəlik təlimlərə start verilib.

 

AzMİU-dan Tehsil.biz-ə bildirilib ki, ilk təlim Niderlandın Maastrixt Universitetinin professoru Uim Qroot tərəfindən aparılıb. Ümumilikdə təlimlərə 30 müəllim cəlb olunub. Həmin müəllimlər öz pilot qruplarında artıq PBL metodundan istifadə edirlər.

 

Qeyd edək ki, PBL innovativ tədris metodu dərslərin daha çox praktik bacarıqlar əsasında keçirilməsini təmin edir. Ənənəvi mühazirə metodundan daha effektiv olan bu metodun tədris sistemimizə inteqrasiyası üçün davamlı işlər görülür.

Xəbər lenti