Logo

ADAU-nun rektoru Həmkarlar İttifaqının yubiley döş nişanı ilə təltif olunub

02.07.2021 17:01 534 baxış
IMG

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) nümayəndə heyəti ilə görüşüb.


Tehsil.biz xəbər verir ki, görüşdə Azərbaycan Həmkarlar İttifaqları və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının keçdiyi tarixi inkişaf yolundan, həmkarlar ittifaqı üzvlərinin gördüyü işlərdən, təşkilatın beynəlxalq əlaqələrindən danışılıb.


Rektor Aqrar Universitet və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında səmimi əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf etdiriləcəyini bildirib.


Görüşün sonunda İbrahim Cəfərov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “ATİAHİ 100 il” yubiley döş nişanları ilə təltif olunub.

Xəbər lenti