Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) “Qaynar xətt”i gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.
İnstitutdan Tehsil.biz-ə bildirilib ki, iyun ayı ərzində “Qaynar xətt”ə ümumilikdə 102 müraciət daxil olub. Müraciətlərin 81-i yerində cavablandırılıb, 21-i isə aidiyyəti üzrə yönləndirilib.
Xatırladaq ki, MDM-in “Qaynar xətt”i metodistlərin və təhsil işçilərinin COVID-19 pandemiyası səbəbi ilə tətbiq edilən distant təhsil və onun təşkili ilə bağlı müraciətlərini qəbul etmək məqsədilə yaradılıb.