Logo

Keçən il dövlət qulluğu üzrə test imtahanı verən namizədlərin 43,9 faizi sertifikat əldə etmək hüququ qazanıb

03.07.2021 14:32 495 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci il ərzində ölkədə hökm sürən pandemiya ilə əlaqədar dövlət qulluğuna qəbul üçün A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə (AA, AB və AC vəzifə qruplarına uyğun) 3 və B növü - inzibati icraçı vəzifələr üzrə (BA və BB vəzifə qruplarına uyğun) 3, cəmi 6 test imtahanı keçirilib.

 

Test imtahanında iştirak etmiş 3530 namizəddən 1551-i (43,9%) müvəffəqiyyət qazanaraq sertifikat əldə edib.

 

Namizədlər daha çox BB vəzifə qrupu üzrə (1212 nəfər) uğur əldə ediblər. Bu qrup üzrə uğur qazananlar arasında qadınlar üstünlük təşkil edir. İmtahanda iştirak edən namizədlər arasında AA vəzifə qrupu üzrə uğur göstəricisi 10%, AB vəzifə qrupu üzrə 5,6%, AC vəzifə qrupu üzrə 31,8%, BA vəzifə qrupu üzrə 33,6% və BB vəzifə qrupu üzrə 49,3% olub.

Xəbər lenti