Logo

Mingəçevir Dövlət Universitetinin tələbəsi öldürülüb - FOTO

04.07.2021 10:37 1083 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqlanaraq öldürülüb

 

Hadisə “Miraj” restoranının ərazisində baş verib.

 

Mingəçevir Dövlət Universitetinin tələbəsi 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev bıçaqlanaraq qətlə yetirilib.

 

İlkin məlumata görə, qətlə yetirilən tələbə “Miraj” restoranında ofsiant kimi çalışırmış. O, sinə və çənə nahiyəsindən aldığı bıçaq zərbələrindən dünyasını dəyişib.

 

Qeyd edək ki, öldürülən şəxsin anası Əfsanə Alıyeva şəhər Mərkəzi Xəstəxanasının baş tibb bacısı vəzifəsində çalışır.

 

Faktla bağlı şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Xəbər lenti