Logo

İmtahanqabağı məsləhətlər: Bunları edərək uğur qazana bilərsiniz

05.07.2021 10:28 741 baxış
IMG

Bəli, bir tədris ilinin sonuna gəldik və ya gəlmədik. Təəssüf ki, bu  pandemiya dövrü tədris ilində bəzi fasilələr yaratdı. Ancaq "Tehsil.biz" olaraq hörmətli valideynlərimizə səslənmək istəyirik ki, övladlarınız bu təhsili gec-tez alacaqdır. Lakin tədris ilinin yekunlaşması ilə ali məktəblərə imtahanların da vaxtı yaxınlaşır. Bununla bağlı olaraq abituriyentlərə bir çox tövsiyələrimiz olacaqdır.


Universitetlərə qəbul olmaq üçün imtahan vaxtları yaxınlaşdıqca bu məsləhətlərə əməl etməkdə fayda vardır:
 

  1. Gündəlik çalışmaq;
     
  2. Hər gün verilən tapşırıqları yerinə yetirmək;
     
  3. İşinizin üçdəikisini riyaziyyata həsr edin;
     
  4. Davamlı və sabit olun;
     
  5. Hər gün test həll edin;
     
  6. Uzun fasilə verməyin;
     
  7. Çətin tapşırıqlara başlayanda özünüzü mükafatlandırın;
     
  8. Tələsməyin;
     
  9. Təkrarlamağa davam edin;
     
  10. Hər həftə özünüz üçün sınaqlar edin;
     
  11. Dərsdən əlavə olaraq bədii kitablar da oxuyun;
     
  12. Vaxtınızı planlayın;
     
  13. Bildiyiniz dərslərə deyil, bilmədiyiniz dərslərə üstünlük verin;
     
  14. Məktəb dərslərinə laqeyd yanaşmayın;
     
  15. Müəyyən bir hədəfiniz olsun;
     
  16. Hədəfləri tez-tez dəyişdirməyin;
     
  17. Bütün gününüzü dərs oxumağa sərf etməyin, bu sizi tez bezdirə bilər;
     
  18. Çalışqan dostlarınızdan məsləhət alın;
     
  19. Sualları həll edə bilmədiyiniz zaman dərhal bir mütəxəssisə aparmayın. Özünüz həll etməyə çalışın;
     
  20. Çətinliklər olacaq, problemlər olacaqdır. Bunları kənara qoymayın, müəllimlərinizdən kömək istəyin;
     
  21. Mükəmməlliyətçi olmayın. Özünüzə bir-iki sual səhv  etmək şansı da verin;
     
  22. Mübarizə apardığınız zaman kədərlənməyin. Unutmayın ki, mübarizə apardığınız zaman ən yaxşısını öyrənirsiniz.

 

Xəbər lenti