Logo

ADPU Quba filialının Reytinq qiymətləndirilməsində yer tutan əməkdaşları təltif edili

05.07.2021 17:52 888 baxış
IMG


 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Reytinq qiymətləndirilməsində yer tutan əməkdaşların təltif edilməsi  tədbiri keçirilib. Filialın aks zalında təşkil olunan tədbir Keyfiyyətin təminatı şöbəsinin müdiri  Pərvanə Rzayevanın moderatorluğu ilə baş tutub.


Tədbir ADPU-nun Quba filialının direktoru dosent Y.İ.Alıyevin çıxışı ilə başlanıb. Direktor "Reytinq qiymətləndirilməsini vacib edən səbəblər” mövzusunda məruzə edib. Bildirib ki, bu, əmək qabiliyyətinin stimullaşdırılması, əməkdaşlar arasında sağlam rəqabətin təminatı baxımından çox önəmlidir. O, reytinq qiymətləndirilməsini filialın 30 illiyi münasibətilə həyata keçirilən işlərin başlanğıcı hesab edib. Bildirib ki, kollektivin uğurları artıq nəinki filialın və əməkdaşların, həm də ölkənin uğurları kimi təmsil edilir. İl ərzində filialda daha məhsuldar işlər görülməsinə nail olunub. Qəbul planının 295-ə, ixtisas sayının isə 10-a çatdırılması bunun göstəricisidir. Magistraturaya qəbul imtahanlarında 25 nəfər uğur qazana bilib. Keçən il isə bu göstərici 10 idi. 


Dos.Yusif Alıyev qeyd edib ki, yaxın gələcəkdə filialın Türkiyənin 4 ali təhsil müəssisəsi ilə böyük layihə əməkdaşlığı gözlənilir. Onlardan biri də Qazi Universitetidir. Növbəti illərdə filialla Qars universiteti arasında İkili diplom proqramının həyata keçirilməsi istiqamətində müzakirələr aparılır. 


Direktor vurğulayıb ki, filial baza universiteti ilə tabelilik şəraitində fəaliyyət göstərsə də, buraya olan güvənin nəticəsidir ki, prof. Cəfər Cəfərov müəyyən məsələlərdə sərbəstliyi ADPU Quba filialının ixtiyarına buraxır. Bu, kollektivin uğurudur. Direktor həmçinin situasiyanın qiymətləndirilməsi prosesinin önəmindən bəhs edib. Elmi mühitin inkişafı, əmək mühitində hesabatlılıq, yeni təcrübələrin öyrənilməsi kimi məsələlərə toxunub, Prezident  İlham Əliyev və Mehriban Əliyevanın təhsilə diqqətindən bəhs edib. O bildirib ki, filialdakı nəticəyönümlü fəaliyyət, əmək haqlarının kordinasiya olunması, əməkdaşların fərdi illik mükafatlandırılması onlaın əsas motivasiya mənbəyidir. 


Y. Alıyev gələcək hədəflərin daha böyük məqsədlərə xidmət edəcəyini vurğulayıb. Bildirib ki, gələn ildən xarici ölkələrə ezamiyyələrin təşkili ilə bağlı smetanın ayrılması planlaşdırılır. Bu, filialın böyük arealara çıxarılması baxımından önəmlidir. Qeyd edib ki, növbəti illərdə doktorantların işi ilə bağlı aylıq öhdəliklər nəzərdə tutulub. Bütün bunlar isə yalnız reytinq qiymətləndrilməsinin yaratdığı rəqabətli iş mühiti nəticəsində mümkün ola bilər.Daha  sonra Azad Həmkarlar İttifaqı Komitəsi tərəfindən təltif edilən əməkdaşlar Sərxan Cəfərov, Mürvət Əliyev, Vüsalə Kərimova , və Azərbaycan Yazıçılar Birliyinə üzv seçilən Nəhayət Şirinovaya uğurlar arzu edilib, əldə etdikləri nailiyyətlərin həm də filialın uğuru olduğu vurğulanıb.


 Direktor reytinq qiymətləndirilməsində yer tutan əməkdaşları təbrik edib, bütün kollektivə uğurlar arzulayıb. 
Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva reytinq qiymətləndirilməsinin təşkili qaydaları barədə ümumi məlumat verib, ayrı-ayrı kafedraların göstəricilərini sadalayıb. Bildirib ki, proses 70 meyardan ibarət reytinq qiymətləndirilməsi cədvəli əsasında aparılıb. Hesabatlılıq təmin olunması məqsədilə  direktor yanında Reytinq Qiymətləndirilməsi Komissiyası yaradılıb. Mübahisəli məsələlərin müzakirəsi və həlli üçün apellyasiya komissiyası yaradılsa da, bununla bağlı hansısa şikayət daxili olmayıb. Həmçinin tələbələr arasında anonim  məmnunluq sorğusu keçirilib. Filialın direktoru dos. Yusif Alıyev 1750 balla reytinq qiymətləndirilməsində birinci yeri tutsa da, qiymətləndirilmənin ilk ili olduğunu nəzərə alaraq, müəllimlərin motivasiyası naminə, onların xeyrinə tutduğu yerdən imtina edib. Buna görə də ilk yerə filialın İKT şöbəsinin müdiri Yusif Abayev layiq görülüb. P. Rzayeva bird aha reytinq qiymətləndirilməsində yer alan bütün əkdaşları təbrik edib, uğurlarının davamlı olmasını diləyib.


Daha sonra filialın direktru dos. Y. Alıyev reytinq qiymətləndirilməsində yer tutan əməkdaşları təltif edib. Təltif olunanlar arasında filialın əməkdaşları və sturuktur rəhbərləri Yusif Abayev, Elbrus Əhmədov, Elnarə Axundova, Gülşən Ağabəy,Aysel Şeydayeva, Qələmşah İdrisov, Şıxəmməd Seyidəhmədov, Əmirağa Şıxəmmədov,Aygün Şıxbabayeva, Nübar Bayramova, Pərvanə Rzayeva, Vüsalə Kərimova, Sərxan Cəfərov, Kəmalə Bayramova,  Eyvaz Şeydayev yer alıblar. 


Təltif olunan şəxslər filialın direktoru Yusif Alıyevə belə bir şans yaratdığı üçün təşəkkür ediblər,növbəti illərdə keçiriləcək reytinq qiymətləndirilməsinə daha məhsuldar şəkidlə qatılacaqlarından əminliklərini ifadə ediblər. 


Direktor dos. Yusif Alıyev qazanılan uğurlara görə, bütün kollektivə təşəkkürünü bildirib. Reytinq qiymətləndirilməsinin belə yüksək səviyyədə təşkilini filialın uğurlarına verilən diqqət hesab edib. Bildirib ki, bu kafedralarda yaranmış sağlam mühitin göstəricisidir. Director onu da vurğulayıb ki, reytinq qiymətləndirilməsi bütün ali təhsil müəssisələrində 20% limitlə qəbul olunub. ADPU Quba filialında isə bu göstərici 25%-dir. Direktor eyni zamanda reytinq qiymətləndirilməsi keçirməyin böyük məsuliyyət etdiyini vurğulayaraq kollektivin istənilən mövzuda bütün təkliflərinə açıq olduğunu bildirib. Bütün əməkdaşlara uğurlar arzulayıb. 

 

Kafedralar üzrə müəllimlərin ballar üzrə tutduqları yerlər aşağıdakı kimi olmuşdur.

 

Təbiət fənləri və onun tədrisi metodikası
 1  yer - Alıyev Yusif İmrayıl oğlu fiz.üzrə fəl.dok 0.5 (əvəzçi) dosent - 1750  bal
 2  yer - Abayev Yusif Qəşəm  0.5 (əvəzçi) baş müəllim 468 bal
 3  yer Axundova Elnarə Buxsay  1 baş müəllim 262 bal
 4 yer - Əhmədov Elbrus Həmid 1 baş müəllim 226 bal
 5  yer Seyidməmmədov Şıxəmməd Şahkərəm  0.5 baş müəllim 180 bal
 6  yer Şıxəmmədov Əmirağa Məmmədağa  riy.üzrə fəl.dok 1 baş müəllim 162 bal

Pedaqoji və ictimai fənlər  kafedrası üzrə

1 yer Bayramova Nübar İsmayıl  ----- 0,5 (əvəzçi) baş müəllim 614 bal
 2  yer Rzayeva Pərvanə Hacıbala  ----- 0,5 (əvəzçi) baş müəllim 486 bal
 3  yer Şıxbabayeva Aygün Şıxbaba  ----- 1 baş
 müəllim 269 bal
 4  yer Kərimova Vüsalə Həmzə  ----- 0,5 (əvəzçi) baş 
müəllim 263 bal
 5 yer İdrisov Qələmşah Seyidəhməd  fil.üzrə fəl.dok. 0,5 (əvəzçi) baş 
müəllim 212 bal 

Ədəbiyyat və dillər  kafedrası üzrə 
1 yer  Şeydayeva Aysel Balasoltan  - 0,5
(əvəzçi) baş
müəllim 660 bal
 2 yer  Cəfərov Sərxan Şahismayıl  - 1 baş
 müəllim 442 bal
 3  yer Bayramova Kəmalə Oqtay  - 1 baş
 müəllim 339 bal
 4  yer Şeydayev Eyvaz Pirzada  - 1 baş 
müəllim 338 bal
 5  yer  Ağabey Gülşən Şıxmurad  fil. üzrə fəl.dok. 0.5
(əvəzçi) dosent, kafedra müdiri  238 bal

Xəbər lenti