Nigeriyada silahlı bir qrup terrorçu Kaduna əyalətinin şimal-qərbində yerləşən bir məktəbə basqın edib.
Tehsil.biz xəbər verir ki, bu barədə məktəb rəhbərliyi “Reuters” xəbər agentliyinə açıqlama verib. Hadisə zamanı 150 şagirdin qaçırıldığı, 25 şagirdin isə xilas olmaq üçün özünün qaçdığı bildirilib.
Məktəbin direktoru Con Hayab qaçanlar arasında oğlunun da olduğunu vurğulayıb.