“Schmidt” Okean İnstitutunun okeanoloqları Avstraliya sahillərində Böyük Bariyer Mərcanının şimal hissəsində nəhəng mərcan qayalığı tapıblar. Poliplər tərəfindən yaradılan tikilinin hündürlüyü təxminən 500 metrə çatır ki, bu da Nyu-Yorkdakı “Empire State Building” və Kuala Lumpurdakı “Petronas Towers”dən yüksəkdir.
Tehsil.biz xəbər verir ki, bu barədə institutun press-relizində deyilir.
Alimlər oktyabrın 20-də dəniz dibinin 3D xəritələşdirməsi zamanı nadir kəşf ediblər və 4K kameralı “SuBastian” pilotsuz sualtı vasitəsini istifadə edərək mərcanı tədqiq ediblər. Pazşəkilli konstruksiyanın baza hissəsinin eni 1,5 kilometrdir, onun zirvə hissəsi isə 40 metr dərinlikdə yerləşir.
Mərcan rifləri canlı orqanizmlərin yaratdığı ən iri obyektlərdir.