Logo

ADBTİA-da magistratura təhsil səviyyəsində qəbul imtahanının II mərhələsi onlayn müsahibə şəklində keçirilib

06.07.2021 11:24 611 baxış
IMG

5 iyul 2021-ci il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil standartı University College London (UCL) tərəfindən hazırlanan, tədrisi ingilis dilində aparılan həkimlər üçün “İdman tibbi və reabilitasiya” ixtisası üzrə 2021/2022-ci tədris ili üçün magistratura təhsil səviyyəsində qəbul imtahanının II mərhələsi onlayn müsahibə şəklində keçirilib.


Tehsil.biz xəbər verir ki, onlayn müsahibədə “İdman tibbi və reabilitasiya” magistr ixtisası standartının müəllifi, London Kollec Universitetinin professoru və ISEH institutunun aparıcı eksperti Maykl Pol Luzmor, sağlamlıq hüququ üzrə Avropa Assosiasiyasının vitse-prezidenti professor Vüqar Məmmədov, ADBTİA-nın tədris və elmi işlər üzrə prorektoru  Təhminə Tağı-zadə və “İdman tibbi və reabilitasiya” kafedrasının müdiri, tibb elmləri doktoru İlqar Həsənov namizədlərin seçilməsində komissiya üzvləri kimi iştirak ediblər.

Xəbər lenti