Logo

“UNEC-i tanı” layihəsi abituriyentlərə ixtisas seçimində dəstək olmağa davam edir

06.07.2021 12:42 472 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) abituriyentlərə ixtisas seçimində dəstək olmaq məqsədilə “UNEC-i tanı” layihəsinə yenidən start verib.

 

Universitetdən bildirilib ki, layihə çərçivəsində abituriyentlərə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları barədə ətraflı məlumat veriləcək. Eyni zamanda, onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.

 

II, III və IV ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər hər həftənin çərşənbə axşamı saat 10-dan 17-dək əsas tədris binasında (İstiqaliyyət, 6), I və V ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər isə hər həftənin cümə axşamı saat 10-dan 17-dək 3-cü tədris binada (Murtuza Muxtarov, 194) “Abituriyent məlumat mərkəzinə” yaxınlasa bilərlər.

 

Regionlarda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlər isə UNEC-in rəsmi feysbuk (https://www.facebook.com/unecedu) səhifəsinə, eləcə də 1846 “Qaynar xətt”inə onları maraqlandıran suallarla müraciət edə bilərlər.

 

Xatırladaq ki, UNEC-ə I, II, III, IV və V ixtisas qruplarında 22 ixtisas üzrə bakalavr qəbulu həyata keçirilir.

Xəbər lenti