Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 183 nömrəli tam orta məktəbdə muzey yaradılıb.
Təhsil müəssisəsində yaradılan “Zəfər muzeyi”ndə 44 günlük Vətən Müharibəsində zəfər tariximizin yazılmasında iştirak edən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün xüsusi guşələr hazırlanıb.
Muzeydə, həmçinin işğaldan azad edilən ərazilərdəki tarixi abidələrin meketlərini, məktəblilərin Qarabağa aid rəsm əsərlərini də görmək mümkündür.
Bu barədə Mədəniyyət TV-nin hazırladığı süjeti sizə təqdim edirik.