Logo

Universiteti 11 yaşında bitirən uşaq: "Hədəfim ölümsüzlük"

06.07.2021 16:44 565 baxış
IMG

Belçikalı Laurent Saymons adlı 11 yaşlı oğlan, Antverp Universitetinin 3 illik fizika fakültəsini 1 ildə, ən yaxşı dərəcə ilə bitirib.

 

Tehsil.biz xarici mənbəyə istinadən xəbər verir ki, Antverp Universiteti Saymonsun 2020-ci ilin martından bəri bakalavr dərəcəsi almaq üçün bütün tələbələri geridə qoyaraq fizika üzrə təhsil aldığını açıqlayıb.

 

Üç illik universiteti bir ildə bitirən L.Saymons Belçika mətbuatına danışarkən bildirib ki, onun məqsədi ölməzlikdir: “Hədəfim ölməzlikdir. Bədənin mümkün qədər çox hissəsini mexaniki vasitələrlə əvəz etmək istəyirəm. Bunun üçün bir yol hazırlamışam. Bunun üçün ilk detal kvant fizikasıdır”.

 

"Dahi uşaq” ləqəbli Saymons hədəfinə çatmaq üçün dünyanın ən yaxşı professorları ilə çalışmaq istədiyini və insan beyninin necə düşündüyünü görmək arzusundadır: “İnsanların beyninin içinə baxıb nə düşündüklərini öyrənmək istəyirəm".

 

Unikal.az

Xəbər lenti