Logo

“Ehtiyat Kadrların Elektron Sorğu Sistemi”ndən istifadə qaydaları”

06.07.2021 17:22 716 baxış
IMG

Dövlət qulluğunda ehtiyat kadrlarla işin səmərəli təşkili məqsədilə dövlət orqanları və Mərkəz tərəfindən təcrübəli əməkdaşlar sırasından ehtiyat kadrlarla iş üzrə məsul şəxs müəyyən edilib. Məsul şəxs ehtiyat kadrlarla işin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkilinə, habelə “Ehtiyat Kadrların Elektron Sorğu Sistemi”nə məlumatların operativ və düzgün daxil edilməsinə bilavasitə cavabdehlik daşıyır.

 

Mərkəzin tərəfindən 6 iyul 2021-ci il tarixində ZOOM platforması vasitəsilə “Ehtiyat Kadrların Elektron Sorğu Sistemi”ndən istifadə qaydaları” mövzusunda onlayn təlim təşkil edilib. Təlimdə dövlət orqanlarının müəyyən etdiyi 70-ə yaxın ehtiyat kadrlarla iş üzrə məsul şəxs iştirak edib. Mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov dövlət qulluğunda ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi, habelə ehtiyat kadrların analoji vəzifələrə təyin edilməsi və bununla bağlı yaranan çətinliklər, görülməsi nəzərdə tutulan tədbirlər barədə iştirakçılara məlumat verib.

 

Eyni zamanda, Mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin Vəzifə təlimatları və elanlarla iş sektorunun müdiri Rüfət Ağayev “Ehtiyat Kadrların Elektron Sorğu Sistemi”ndə elektron sorğuların göndərilməsi və cavablandırılması, müxtəlif parametrlər üzrə axtarış aparma imkanı, ehtiyat kadrlar barədə hesabatların əldə edilməsi, habelə ehtiyat kadrlarla işin qanunvericiliyin tələblərinə uyğun təşkili, o cümlədən analoji vəzifələrin müəyyən edilməsi barədə iştirakçılara məlumat verib.

Xəbər lenti