Logo

“Vikipediya” könüllülərinin təltif olunması davam edir

07.07.2021 10:49 408 baxış
IMG

“Qorqud” Vikipediya Metodik Klubu tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyinin könüllülərinə təlimlərdə uğurla iştirak etdiklərinə görə diplomlar təqdim olunub.

 

Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyinin könüllüləri təlimlərdə fəal iştirak edirlər. Könüllülər onlayn ensiklopediyada ölkəmizlə bağlı müxtəlif dillərdə məqalələr yaradaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə öz töhfələrini verirlər. Təlimlərdə uğurla iştirak edən dosent Mirvari Verdiyeva, Rəfiqə Pənahova və Bikəxanım Qulaməddinova klubun təşəbbüskarı Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən fəxri diploma layiq görülüblər.

 

Qeyd edək ki, “Qorqud” Vikipediya Metodik Klubu yarandığı gündən “Vikipediya” təlimlərini xüsusi diqqətdə saxlayır. Klub tərəfindən bir sıra qruplara uğurlu təlimlər keçirilib.

 

Xəbər lenti