Logo

Tarix Muzeyinə şəhid Elzar Yusubova məxsus əşyalar verilib

07.07.2021 11:54 357 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinə şəhid Elzar Yusubova məxsus əşyalar təqdim olunub.

 

Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, Elzar Yusubov 1989-cu ildə anadan olub. O, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün gedən Vətən müharibəsində iştirak edib.

 

Leytenant Elzar Yusubov Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq nümunəsi göstərib və şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Xəbər lenti