Logo

BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda növbəti vebinar keçirilib

07.07.2021 11:56 494 baxış
IMG

Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda növbəti vebinar keçirilib.

 

Vebinarda  Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutun əməkdaşı Həcər Mövsümova “Qeyri-məhdud  operator  əmsallı Bessel operator tənliyinin məxsusi ədədlərinin asimptotik davranışı" mövzusunda məruzə ilə çıxış edib.

 

Sərhəd şərtinə spekral parametr daxil olan qeyri-məhdud operator əmsallı  Bessel operator tənliyi üçün sərhəd məsələsinin həlli yolu verilib. Həll edilən məsələdə operatorun məxsusi ədədləri tapılıb və bəzi köməkçi lemmalar isbat olunaraq sonda baxılan sərhəd məsələsinin asimptotik paylanması göstərilib.

 

Vebinarda Türkiyənin Ordu Universitetinin Riyaziyyat fakültəsinin professoru Erhan Set və Atatürk Universitetinin Riyaziyyat fakültəsinin professoru Ahmet Ocak Akdemir, İran İslam Respublikasının Zəncan Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü iştirak ediblər.

Xəbər lenti