Logo

TÜRKİYƏDƏ TƏHSİLƏ DAİR.....

07.07.2021 23:04 898 baxış
IMG

Dövlət başçısı İlham Əliyevin xüsusi diqqəti, qayğısı və səyləri nəticiəsində  son zamanlar ölkəmizdə günü-gündən bütün sahələrdə gedən inkişaf  həmvətənlərimizin təhsilə olan tələb və istəyini daha da artırmaqdadır. Hər kəs bilik marafonuna çıxaraq öz qabiliyyətini daha da təkmilləşdirmək üçün ən yaxşı təhsili almağa səy göstərir. Təbii ki, gənclərimizin əksəriyyəti öz imkanları daxilində xarici ölkələrdə təhsil almağa daha çox üstünlük verirlər.

 

Xaricdə təhsil üçün müraciət etdikləri ilk ölkə dili, dini, mədəniyyəti, mentaliteti və eyni zamanda  təhsil, yaşam xərclərinin münasibliyi baxımından da ən uyğun ölkə qardaş ölkə dediyimiz Türkiyə Cümhuriyyətidir. Bir önəmli faktoru da qeyd etmək istəyirəm ki, Türkiyə Cümhuriyyətini xaricdə təhsil üçün münbitləşdirən əsas səbəblərdən biri də Türkiyə hökümətinin xarici tələbə sayını artırmaq üçün qəbul sistemini olduqca asanlaşdırmasıdır. Əvvəllər sadəcə bir mərkəzdən imtahan sistemi ilə (YÖS, TCS, xarici tələbənin yaşadığı ölkənin keçirmiş olduğu imtahan nəticəsi məs; DİM balı) həyata keçirirdi.

 

Son zamanlar isə bu imtahanlarla yanaşı hər bir universitet ayrı-ayrılıqda  boş qalan yerlərə yalnız attestatla da tələbə qəbulu həyata keçirməkdədir. Yalnız attestatla qəbula əsasən Türkiyənin orta prestijli universitetləri üstünlük verir. Tibbi ixtisaslar üzrə qəbul olmaq üçün YÖS imtahan nəticəsi mütləqdir. İmtahan nəticəsi 100 bal üzərindən minimum 98 bal və eyni zamanda  attestat qiymət ortalamasının  yüksək olması vacibdir. Təəssüflər olsun ki, son 5 il ərzində xarici tələbələrin qəbul qaydalarının asanlaşdırılması bəzi işbazlar üçün bir fürsət olub. Dırnaqarası işbazlar valideynlərin və gənclərin təhsilə olan istək və tələblərinin çoxluğunu və bu sahədə olan məlumatsızlığını nəzərə alaraq istədikləri kimi elanlarlar yerləşdirərək vətəndaşlarımızın əziyyətlə qazanmış olduqları pulları insafsızcasına mənimsəməkdədirlər. Türkiyədə qəbul qaydaları asan olduğu qədər təhsil almağın çətinliyi və məsuliyyəti, müracət edən gəncin qəbul olduğu universitet və ixtisas üzrə bilik səviyyəsinin uyğunluğu təəssüflər olsun ki, nəzərə alınmamaqdadır.

 

Hər zaman işlətdiyim və böyük məna kəsb edən bir kəlamı sizlərlə bölüşmək istərdim: "ƏGƏR ELM ÜMİD İLƏ OLSAYDI, DÜNYADAKI BÜTÜN İNSANLAR ALİM OLARDI".

 

Gəlin hər birimiz parlaq gələcəyimizi işbazların bizə vermiş olduqları boş ümid və xəyallara qurban verməyək. Mən sonda onu da qeyd etmək istəyirəm ki, xaricdə təhsil üzrə ixtisaslaşmış qurumlar fəaliyyət göstərməkdədir. Yaxşı olar ki, rəsmi olaraq dövlət qeydiyyatından keçən və sizi bu sahədə tam maarifləndirən qurumlara müraciət edəsiniz.

 

Kamran Əsədov

 

Təhsil üzrə ekspert

Xəbər lenti