Logo

Azərbaycan İlahiyyat İnstitutu doktoranturaya (əyani və dissertantlıq yolu ilə) qəbul elan edir

08.07.2021 09:50 544 baxış
IMG

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
22 iyun 2021-ci il tarixli 356 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş qəbul planı əsasında 2021-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya (əyani və dissertantlıq yolu ilə) qəbul elan edir.


Cari ilin iyun ayında xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənədlərin qəbulu elektron qaydada 08-15 iyul 2021-ci il tarixlərində nəzərdə tutulub.         

                   
Həmin şəxslərin fəlsəfə fənni üzrə imtahanı 2021-ci ilin 1, 2 və 3 sentyabr, ixtisas fənnindən imtahanı isə 2021-ci ilin 9 və 10 sentyabr tarixlərində planlaşdırılıb.     

 
İnstitutun doktoranturasına sənədlərin qəbulunun "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada həyata keçirilməsi nəzərdə tutulub.


İnstitutun doktoranturasına qəbul olmaq üçün sənədləri təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olub, orada 
"Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçə bilərlər.

 

Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi 08 iyul saat 9:00-dan 15 iyul saat 17:00-a qədər mümkündür.

 

Əlaqə nömrəsi: +994 12 510 65 45 (daxili: 147; 152)


E-mail: [email protected] ;

 

[email protected]

Xəbər lenti