Logo

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub

30.10.2020 18:27 575 baxış
IMG

“Mədəniyyət”, “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramı oktyabrın 30-u üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.

 

Təhsil Nazirliyindən Tehsil.biz-ə bildirilib ki, proqramda Azərbaycan və rus bölməsi üzrə dərslər izlənilib. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır. “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləyə bilərlər.

 

Xatırladaq ki, noyabrın 2-dək “Dərs vaxtı”nın buraxılışları tətil günlərinin rejiminə uyğun efirə gedəcək. Həm ötən il, həm də bu il öyrəndiklərinizi möhkəmləndirməyə və genişləndirməyə xidmət edən məşğələlər planlaşdırılır. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənmə dəstəklənəcək.

Xəbər lenti