Noyabrın 24-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən “Milli-mədəni irsimiz: Aşıq Ələsgər yaradıcılığı” mövzusunda respublika elmi-nəzəri konfransı keçiriləcək.
ADMİU-dan bildirilib ki, konfransda iştirak etmək istəyənlər tezislərini oktyabrın 10-dək [email protected] elektron poçtuna göndərə bilərlər.
Aşıq Ələsgərin 220 illik yubileyinə həsr olunan konfrans mövcud pandemiya şəraitinin davam edəcəyi təqdirdə onlayn keçirilə bilər.