Logo

ADU-nun magistrları orduya dəstək olur

31.10.2020 11:11 487 baxış
IMG

Hər bir təşəbbüs mahiyyət etibarilə vətəndaşlıq deməkdir. Son dövrlərdə belə təşəbbüslər istər əhatəliliyi, istərsə də məzmunu ilə diqqəti çəkir. Müharibə şəraitində körpələrin, yeniyetmələrin, məktəblilərin, tələbələrin ordumuza sevgisi təqdirəlayiqdir.

 

Bu gün ön cəbhəyə dəstək məqsədlərimizdən biri də məhz "Əsgər payı"dır. Hazırda hər kəs birlik nümayiş etdirərək ön cəbhədə düşmənlə üzbəüz döyüşən əsgərlərimizə dəstək olmaq üçün əllərdindən gələni əsirgəmirlər. Təbii ki, əsgərlərimizin hər bir ehtiyacı qüdrətli dövlətimiz tərəfindən təmin edilir. Lakin Səfərbərlik Xidmətinə döyüşlərdə könüllü iştirak etmək üçün müraciət edən həm magistrlara, həm orduda olan hərbiçilərimizə dəstək olmaq üçün ADU-nun Magistratura Şöbəsinin təşkilatçılığı ilə, Magistratura səviyyəsi üzrə təhsil alan bütün tələbələr, xüsusən M19-206-cı qrup tələbələrinin səyi ilə ön cəbhəyə ərzaq, dərman, isti geyimlər göndərilib.

 

Bu isə gənclik olaraq qətiyyətli liderimiz, Ali Baş Komandanımızın ətrafında sıx birləşməyimizə, son damla qanımıza qədər torpaqlarımız uğrunda canımızdan keçməyə hazır olmağımıza işarədir.

 

QARABAĞ AZƏRBAYCANDIR!

Xəbər lenti