Logo

TARİXDƏ BU GÜN - 31 oktyabr

31.10.2020 11:13 657 baxış
IMG

TARİXDƏ BU GÜN/31 oktyabr


1517 — Martin Lüter Vittenberq kilsəsində "Doxsan beş tezis"ini kilsə qapısına asaraq "cənnət qəbzləri"nə etirazını bildirdi.

 

1876 — Hindistanda qasırğa 200 000 insanın həyatına son qoydu.

 

1922 — Benito Mussolini İtaliyanın baş naziri seçildi.

 

1952 — Amerika Birləşmiş Ştatları Marşal adalarında ilk hidrogen bombasının sınağını keçirdi.

 

1956 — Böyük Britaniya və Fransa Misirin Süveyş kanalını milliləşdirməsinə cavab olaraq kanalın bombalanmasına başladılar.

 

1961 — Stalinin cənazəsi mavzoleydən çıxarılaraq dəfn edildi.

 

1984 — İndira Qandi öz mühafizəçisi tərəfindən qətlə yetirildi.

 

1989 — Turqut Özal Türkiyənin 8-ci prezidenti seçildi.

 

1992 — Vatikan Qalileo Qalileyə bəraət verdi.

 

2006 — Gəncə Beynəlxalq Hava Limanı əsaslı təmirdən sonra açıldı.

Xəbər lenti