Logo

BMU DTKT Mərkəzi “Uşaq Universiteti” layihəsi çərçivəsində “Yay tətili proqramı” elan edir

09.07.2021 11:39 560 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı (DTKT) Mərkəzi uşaqların maraq və istedadları istiqamətində onların inkişafı və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədilə “Uşaq Universiteti” layihəsi çərçivəsində həyata keçiriləcək “Yay tətili proqramı”nı elan edir.

 

BMU əməkdaşlarının övladları üçün ödənişsiz olaraq nəzərdə tutulan proqramda uşaqlar üçün “Kodlaşdırma”, “Təbiət elmləri” və “Ssenari müəllifliyi” sahələri üzrə onlayn məşğələlər keçiriləcək. Proqram 12-13 iyul 2021-ci il tarixlərində onlayn formada təşkil olunacaq.

 

İştirak etmək istəyənlər 10 iyul saat 18:00-a kimi aşağıdakı keçidə daxil olub formanı tam dolduraraq müraciət edə bilərlər:

 

https://docs.google.com/forms/d/e/1FAIpQLSfuw758NY7bLPb2hM3qqDuNApEwB8B_YbboESGuzpmkkPp-lg/viewform?usp=sf_link

 

Qeyd edək ki, proqram III, IV və V siniflər və VI, VII və VIII siniflər olmaqla 2 yaş qrupunda təşkil olunacaq.

Xəbər lenti