Logo

Mingəçevirdə sərgi təşkil edilib - FOTO

09.07.2021 14:08 783 baxış
IMG

İyulun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Şəhər Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə M.P.Vaqif adına Mərkəzi Kitabxanada DQİDK-nın yaradılmasının 20 illik yubileyinə həsr olunmuş sərgi keçirilib.

 

Tehsil.biz xəbər verir ki, sərgidə Komitənin aylıq mətbu orqanı olan “Cəmiyyət və Din” qəzeti, “Dövlət və Din” jurnalı, müxtəlif məzmunlu dini maarifləndirici ədəbiyyatlar nümayiş olunub.

 

Sərgidə iştirak edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Dövlət Komitəsinin ötən müddətdə din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi və dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər reallaşdırdığını vurğulayıb. 

 

Mingəçevir Şəhər İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elşən Əliyev çıxış edərək, təşkil olunmuş bu sərginin əhəmiyyətini yüksək qiymətləndirib.

 

Şöbənin əməkdaşı Əlisa Fərəcov dini maarifləndirmə işinin Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu bildirərək, yerli şöbələrin bu işə xüsusi diqqət ayırdığını qeyd edib.

 

Mingəçevir Şəhər Mərkəzi Kitabxana Sisteminin direktoru Etibarə Babayeva Komitənin Yevlax bölgəsi üzrə şöbəsi ilə əməkdaşlığı yüksək qiymətləndirib, kitabxananın şöbə tərəfindən müntəzəm olaraq Komitənin mətbu orqanları ilə təmin olunduğunu bildirib.

 

 

 

 

Xəbər lenti