Logo

AƏSMA kollektivi şəhid məzunlarının valideynlərini ziyarət edib - FOTO

09.07.2021 17:35 655 baxış
IMG

07 iyul 2021 tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının bir qrup müəllim və tələbəsi Mingəçevir şəhərindəki Akademiyanın “44 günlük” Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarının valideynlərini ziyarət edib.

       

Akademiyadan Tehsil.biz-ə bildirilib ki, 27 sentyabr tarixində eyni gündə 328A saylı qrup məzunu Əhmədov Əli İlqar oğlu və qardaşı Əhmədov İslam İlqar oğlunun şəhidlik xəbərini alan və altı ay sonra evin tək oğul övladı olan 228A saylı qrup məzunu Ağakişiyev İlkin Elxan oğlunun nəşinə qovuşan valideyinləri təsəlli etmək nə qədər çətin olsa da Akademiya adından onların dərdlərinə şərik olmağa çalışdıq. Hər iki şəhid valideynləri övladlarının yaşadıqları mənzilləri onların xatirələrini yaşatmaq məqsədi ilə muzeyə çeviriblər.

       

Allah bütün şəhidlərimizə rəhmət etsin, məkanları cənnət olsun!

 

 

 

Xəbər lenti