Logo

BDU professorunun məqaləsi impakt faktorlu jurnalda dərc olunub

01.11.2020 13:50 541 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin professoru, Biofizika və biokimya kafedrasının müdiri vəzifəsini icra edən Rövşən Xəlilovun həmmüəllifi olduğu “Biosynthesis of AgNPs onto the urea-based periodic mesoporous organosilica (AgxNPs/Ur-PMO) for antibacterial and cell viability assay” (“Antibakterial aktivliyin və hüceyrələrin canlılığının təhlili üçün sidik cövhəri (AgNPs/Ur-PMO) əsaslı dövri mezoporoz silisiumda Ag nanohissəciklərinin biosintezi”) adlı məqalə "Journal of Colloid and Interface Science" adlı beynəlxalq jurnalda dərc olunub. Jurnalın impakt faktoru 7.489-dur. (2019 Journal Citation Reports®, Clarivate Analytics 2020).
Məqalədə AgNPs / Ur-PMO birləşmələrinin (xüsusilə PMO; 1,27 % AgNP) nisbətən yaxşı antibakterial təsirlərə malik olması göstərilib. Müəyyən edilib ki, bu birləşmələrin tibbi müəssisələrdə - xəstəxana şəraitində istifadəsi infeksiyaları azaltmaqla yanaşı, antibiotiklərə davamlı bakteriyaların miqadari xarakteristikasını zəiflədə bilər.
Məqaləni oxumaq üçün linkə keçid edə bilərsiniz:

 

https://www.sciencedirect.com/science/article/abs/pii/S0021979720313709

Xəbər lenti