Logo

Azərbaycan Dillər Universitetində əlavə təhsilə sənəd qəbulu aparılır

10.07.2021 14:29 497 baxış
IMG

2021/2022-ci tədris ilində Azərbaycan Dillər Universitetində bütün ixtisaslar üzrə təkrar ali təhsil və kadrların yenidənhazırlanması üçün müsabiqə yolu ilə qəbul davam edir.


 Təhsil.biz xəbər verir ki, sənədlər avqust ayının 10-na kimi (istirahət günlərindən başqa) saat 10:00-15:00-dək qəbul ediləcək.


Tələb olunan sənədlər:


-rektorun adına ərizə;


-diplom (yaxud diplomu əvəz edən arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;


-şəxsiyyət vəsiqəsinin surəti;


-3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;


-sağlamlıq haqqında arayış.


Sənədlərin təqdimi üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.

Xəbər lenti