Logo

Finlandiyada adam hər gün məktəbə getmək istəyir

11.07.2021 13:28 696 baxış
IMG

Bu ölkədə ikili təhsil qazanan azərbaycanlı yeniyetmə: "Məktəbi evə götürmürük, dərsi məktəbdə öyrənirik”

 

“Kaspi” qəzeti xəbər verir ki, 5-ci sinfə qədər Azərbaycanda təhsil alıb. 6-cı sinfə başlayanda ailəsi Finlandiyaya köçüb. O da təhsilini bu ölkədə davam etdirməli olub. Bu il 9-cu sinfi əla qiymətlərlə bitirib, göstəricilərinə görə 100 şagirdin içərisindən ilk onluqda yer alıb və yüksək balla ikili təhsil hüququ qazanıb. Yəni növbəti 3 ildə həm liseydə, həm də kollecdə təhsil alacaq. Söhbət Finlandiyanın paytaxtı Helsinkidə yaşayan azərbaycanlı gənc Elgün Malikovdan gedir.

 

Elgünün bu nailiyyətini eşidib onunla və valideynləri ilə söhbətləşmək qərarına gəldik.

 

İlk olaraq bildirək ki, Elgün 2004-cü il avqustun 31-də Şabran rayonunda anadan olub. Yəni 17 yaşı var. Finlandiyaya köçəndə 2 sinif aşağıdan başlayıb. Fin dilini daha da mükəmməlləşdirmək üçün bu cür seçim edilib.

 

Elgün Finlandiyaya köçəndə düşünürmüş ki, fərqli ölkəyə gedir, məktəbə, dərslərə uyğunlaşmaq çətin gələcək, ancaq elə olmur: "Əvvəlcə ilk 6 ay dil kursuna getdik. Ordakıların hamısı fərqli ölkələrdən gələnlər idi. İstər-istəməz bu da motivasiya verirdi. Sinifdə heç kim fin dilini bilmir, hamı eyni yerdən başlayır. Həm də müəllimlər daim yanımızda idi, həvəsdən düşməyə imkan vermirdilər, dəstək olurdular”.

 

"Hansısa şagird digərinə gülürsə...”

 

Elgün Finlandiyanın təhsil sistemində bəyəndiyi nüanslardan da danışdı: "Azərbaycanda dərs danışan zaman lövhə qarşısına çıxırdıq. Bu, həyəcanlı proses idi. Burda heç bir müəllimin lövhəyə çıxıb dərs danışmaq kimi qaydası yoxdur. Nəyisə bilməmək ayıb deyil. Müəllimlər səhv edən şagirdin yanında olurlar. Ümumiyyətlə, müəllimlər diqqət edirlər ki, kimsə səhv edəndə başqa uşaqlar ona gülməsin. Hansısa şagird digərinə gülürsə, müəllim qışqırmır, onu acılamır, sadəcə izah edir ki, gülməyin faydası yoxdur. Deyir ki, o, sizin dostunuzdur, bilmirsə, öyrədin”.

Xəbər lenti