Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə I qrup üzrə I, ölkə üzrə II oldu.
Bakı Ali Neft Məktəbi (BANM) I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə növbəti dəfə ölkə lideri olub.
Tehsil.biz xəbər verir ki, bu il BANM-in 22 tələbəsi Prezident təqaüdünə layiq görülüb.
Bakı Ali Neft Məktəbi bu göstərici üzrə Respublika ali məktəbləri içərisində II yerdə qərarlaşıb.
İndiyədək böyük rəqabətin qeydə alındığı I qrupda heç bir universitet Bakı Ali Neft Məktəbi qədər maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmayıb.