Logo

ADPU-nun magistraturasına daxil olmuş magistrantların nəzərinə

12.07.2021 15:39 2334 baxış
IMG

Magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada portal.edu.az platformasında qeydiyyatdan keçməlidir. Yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. 

 

Daha sonra  aşağıda qeyd olunan sənədləri ADPU-nun Magistratura və doktorantura şöbəsinə təqdim etmək lazımdır. Qeydiyyat ənənəvi formada aparılacaq. 


1. Şəxsiyyət vəsiqəsinin əsli və surəti – 3 ədəd;
2. Diplomun əsli və surəti (notarial qaydada təsdiq olunmuş) – 2 ədəd; diploma əlavənin əsli və surəti (notarial qaydada təsdiq olunmuş) – 2 ədəd;
3. 2021-ci il məzunları üçün ali məktəbi bitirmələri haqqında arayış;
4. 3x4 ölçüdə 4 ədəd şəkil;
5. Ödənişli əsaslarla qəbul olunmuş magistrantlar üçün təhsil haqqının ödənilməsi barədə ödəniş qəbzi – (2 ədəd surəti)

 

Qeyd : Qeydiyyat 13 iyuldan 22 iyula kimi olacaq.

 

Magistratura və doktorantura şöbəsinin əlaqə vasitələri :

 

Ünvan : ADPU, II saylı tədris binası , Gənclik kampusu. Akademik Həsən Əliyev 104
Əlaqə nömrələri : 012 465 81 53, 012 465 92 47
[email protected]

Xəbər lenti