Logo

Odlar Yurdu Universitetində çalışan müəllimlərin “diaqnostik qiymətləndirilməsi” keçirilir

13.07.2021 11:51 1067 baxış
IMG

Odlar Yurdu Universitetində 13 iyul 2021-ci il tarixindən etibarən müəllimlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə diaqnostik qiymətləndirilməsi keçirilir.

 

Müəllimlərin tədris etdikləri fənlər üzrə bilik və bacarıqlarının yoxlanılması, həmçinin gələcəkdə tədris etmək istədikləri digər fənlər üzrə tədrisə iddialılıq perspektivlərinin qiymətləndirilməsi nəzərdə tutulmuşdur.

 

Məqsəd diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin biliyinin optimallaşdırılması, həmçinin yüksək nəticə göstərən müəllimlər barədə motivasiya xarakterli tədbirlərin görülməsi, yetərli biliyə malik olmayan müəllimlərin təlimlərə cəlb edilməsi və eləcə də onlarla bağlı xüsusi yanaşmanın tətbiq edilməsidir.


Qiymətləndirmə prosesinin müddəti 90 dəqiqədir, ümumilikdə 50 sual təqdim olunur, 1 səhv cavab 1 düz cavabı ləğv edir.

Xəbər lenti