Logo

Azərbaycan Dillər Universitetində əlavə təhsilə sənəd qəbulu aparılır

13.07.2021 12:51 563 baxış
IMG

2021/2022-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidənhazırlanması təhsilinə Azərbaycan Dillər Universitetində mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə iyunun 1-dən tələbə qəbulu elan edilib.

 

Universitetdən Tehsil.biz-ə bildirilib ki, sənədlər avqust ayının 10-na kimi (istirahət günlərindən başqa) saat 10:00-15:00-dək qəbul ediləcək.

 

Tələb olunan sənədlər:

 

-rektorun adına ərizə;

 

-diplom (yaxud diplomu əvəz edən arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;

 

-şəxsiyyət vəsiqəsinin surəti;

 

-3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;

 

-sağlamlıq haqqında arayış.

 

Sənədlərin təqdimi üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.

Xəbər lenti