Logo

Tunisdə Dünya Fransız dili müəllimlərinin XV konqresi keçirilib

13.07.2021 15:22 656 baxış
IMG

Konqresdə ölkəmizi ADU-nun Təhsil 2 fakültəsi nəzdində Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru, AFMA-nın fəxri Prezidenti Çəmən Babaxanova, Filologiya fakültəsi nəzdində Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, professor Ülfət İbrahim və Təhsil 1 fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Gülbəniz Camalova təmsil edib. 

 

Məlumat üçün bildiririk ki, Gülbəniz Camalova iyulun 12-də konqresdə Didaktik və pedaqoji innovasiyaların paylaşılması (Partage des innovations didactiques et pédagogiques) bölümündə elmlər doktorluğu dissertasiyası ilə bağlı “Fransız dilinin tədrisində innovativ təlim üsulları” (Méthodes d’enseignement innovatives dans l’enseignement du français) mövzusunda çıxış edib.

Xəbər lenti