Logo

BDU-da tədbir: Zəfərə gedən yol

13.07.2021 17:56 405 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “Zəfərə gedən yol” adlı onlayn tədbir keçirilib.

 

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi anılıb.

 

BDU-dan Tehsil.biz-ə bildiriblər ki, tədbirdə fakültənin dekan müavini Şamo Cəbrayılov, TGT sədri Röya Abbasova, fəal tələbələr Təranə Məmmədli, Gülüstan Muxtarova, Toğrul Məlikzadə, Vəfa Vəlişli və Səbinə Əsədova bədnam ermənilərin törətdikləri təxribatlardan, qüdrətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratmasından, şanlı Qələbəmizdən danışıblar.

Xəbər lenti