Logo

Fransanın Arverne Group şirkətinin baş icraçı direktoru UFAZ-da

14.07.2021 09:01 364 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin  (UFAZ) icraçı direktoru Vazeh Əskərov Fransanın Arverne Group şirkətinin baş icraçı direktoru Pierre Brossollet ilə görüşüb.

 

Görüş 2019-cu ilin noyabr ayında  ADNSU rektoru, professor Mustafa Babanlının rəhbərliyi ilə Fransanın Po şəhərinə edilmiş işgüzar səfərin davamı olaraq baş tutub.

 

Görüş zamanı UFAZ-ın iki ölkə prezidentinin təşəbbüsü nəticəsində yaranmasına toxunulub və təhsil ocağı barədə ətraflı məlumat verilib.

 

Arverne Group şirkətinin baş icraçı direktoru Pierre Brossollet gələcəkdə UFAZ tələbələrinin bu şirkətdə təcrübə keçməsini təklif edib və universitet məzunlarının işlə təminatı  məsələlərində maraqlı olduqlarını bildirib.

 

Görüşdə UFAZ-ın Tədris departamentinin müdiri Lətifə Nəsibova, PR və Beynəlxalq əlaqələr üzrə departamentin müdiri Kamil Piriyev və Arverne Group şirkətinin İdarəetmə üzrə partnyoru Damien Bevillon da iştirak ediblər.

Xəbər lenti