Logo

Olimpiyaçılarımıza ADBTİA-nın hədiyyələri təqdim edilib

14.07.2021 09:22 361 baxış
IMG

Tokio Olimpiadasının startına 10 gün qalmış - iyulun 12-də Azərbaycan Olimpiya Komandasının geyimlərinin təqdimat mərasimi keçirilib.


Tehsil.biz xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının həyətində, açıq havada təşkil edilən tədbirdə ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.


Tədbirdə MOK vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Yaponiyanın ölkəmizdəki Səlahiyyətli Səfiri Vada Cüniçi və ADBTİA-nın rektoru Fuad Hacıyev çıxış edərək idmançılarımıza uzaq Tokioda uğurlar arzulayıblar.


Tədbirin sonunda rektor Fuad Hacıyev Akademiyanın məzunu, bayraqdarlarımız Rüstəm Orucov və Fəridə Əzizovaya xüsusi hədiyyələr və açıqçalar təqdim edib.


Qeyd edək ki, Akademiya bu hədiyyələri 44 olimpiyaçımızın hər birinə hazırlayıb və yaxın günlərdə onlara çatdırılacaq.

Xəbər lenti