Logo

Azərbaycan Dillər Universitetində Arye Qutla görüş

14.07.2021 13:15 358 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Regionşünaslıq kafedrası və magistratura şöbəsi ADU-nun fəxri professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutla görüş keçirib.

 

ADU-dan Tehsil.biz-ə bildirilib ki, Arye Qut İsraildə Azərbaycan diasporu, onun fəaliyyət istiqamətləri, diaspor təşkilatlarının zəif və güclü tərəfləri haqqında görüş iştirakçılarına geniş məlumat verib. Qonaq, həmçinin iki ölkə arasında əməkdaşlıq istiqamətləri haqqında öz fikrini bildirib. O, akademik səviyyədə birgə fəaliyyətin genişləndirilməsi istiqamətində görülə biləcək işlər, Azərbaycan-İsrail əlaqələrinin inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.

Tədbirin sonunda Arye Qut iştirakçıların suallarını cavablandırıb.

Xəbər lenti