Logo

Rektor döyüşdə olan tələbələrdən borcu ödəməyi tələb edir - Hüquq müdafiəçisi

02.11.2020 14:30 973 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti hazırda hərbi xidmətdə və döyüşdə olan tələbələrin borclarının ödənilməsini tələb edir. Eləcə də diplomları valideynlərinə vermir.

 

Tehsil.biz xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

 

“Mən bu universitetdə İctimai Şuranın üzvüyəm. Etiraf edim ki, universitetdə xeyli pozitiv dəyişikliklər var. Amma bu yaxınlarda məni dəhşətə salan xəbərlər eşidirəm. Universitet rektoru hazırda hərbi xidmətdə və döyüşdə olan tələbələrin diplomlarını valideynlərinə vermir. Deyir ki, özləri gəlsin. Bəzi tələbələrin isə kiçik məblğdə borcları var. Hədələyirlər ki, döyüşdə olmalarının dəxli yoxdur, pulu ödəməlisən. Ödəyəndə də yenə diplom verilmir ki, özü gəlsin ya da notarusdan etibarnamə versin. Hərbi xidmətdə, döyüşdə olan hərbiçidən etibarnamə tələb edirlər. Qanunun formal tərəfini bir tərəfə qoyuram, amma bu rektor və onun komandasında elementar insani hislərin olmaması təəssüf doğurur. O bayrağı yalandan asmaqla deyil. Çox təəssüf”.

 

S.Məmmədov telefonla rektorun köməkçisi ilə danışmağa cəhd edib:

 

“Adam elə danışdı ki, sankı yerin-göyün sahibidir. Elementar etikadan xəbəri yoxdur”.

 

Cebhe.info

Xəbər lenti