Logo

Xəzər Universitetinin əməkdaşının məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub

03.11.2020 09:30 897 baxış
IMG

Xəzər Universiteti Kimya mühəndisliyi departamentinin əməkdaşı Rəsul Moradinin həmmüəllifi olduğu məqalə “Microorganisms” jurnalında (IF:4.15) dərc edilib.

 

Universitetdən Tehsil.biz-ə  bildirilib ki, tədqiqatın əsas məqsədi COVID-19 pandemiyasının davamlı təhlükəsi və mənfi təsirləri nəzərə alınmaqla, bioaktiv birləşmələrin müalicə təsirlərinin araşdırılmasıdır. Elmi-tədqiqat institutları və tədqiqatçılar üçün bu, çox önəmlidir. Bu baxımdan Xəzər Universitetinin tədqiqatçıları yeni növ koronavirusla mübarizədə kofein və nikotinin inhibitor təsirlərini araşdıran beynəlxalq bir elmi işə qoşulublar.

Xəbər lenti