Logo

BDU-nun əməkdaşlıq etdiyi xarici ölkə universitetlərindən Azərbaycana dəstək

03.11.2020 10:39 538 baxış
IMG

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu ali təhsil müəssisəsinin əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin rektorlarına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məktub ünvanlayıb. Dünyanının 200-dən çox ali məktəbinə ünvanlanan məktubda rektor dünya universitetlərinin diqqətini Azərbaycanda gedən Vətən müharibəsinə yönəldərək, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində genişmiqyaslı hərbi təxribat törətməsi, Azərbaycanın döyüş mövqelərini və yaşayış məntəqələrini, mülki əhalini ağır artilleriyadan atəşə tutması barədə məlumat verilib. Qadınlar və uşaqlar da daxil olmaqla dinc sakinlər arasında çox sayda ölən və yaralananların olduğu, həmçinin mülki obyektlərə, yaşayış binalarına, müxtəlif tikililərə, o cümlədən maddi mədəni irs nümunələrinə ziyan dəydiyini bildirilib. Erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin və Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatların digər analoji qərarlarının icra edilməsinin və ədalətin bərpa edilməsi üçün beynəlxalq hüququn tam gücünü tətbiq etməsinin zəruriliyi diqqətə çatdırılıb.

 

Məktuba cavab olaraq dünya universitetlərinin rəhbərlərindən Azərbaycanın haqq savaşına dəstək məqsədilə cavab məktubları gəlməkdə davam edir. Eyni zamanda Qarabağda baş verən münaqişə ilə bağlı obyektiv məlumatın göndərilməsinə görə BDU rektoruna təşəkkür edilir. Almaniyanın Halle-Wittenberg Martin Luther Universitetinin rektoru Christian Tietje və Waterloo Universitetinin rektoru Hamdullahpura, Türkiyənin Ardahan Universitetinin rektoru Mehmet Biber və Vyana Beynəlxalq Tədqiqatlar Məktəbinin (DA) adından Avstriyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Emil Brix məktub ünvanlayıb. Məktublarda tezliklə Azərbaycanda sülhün yenidən bərqərar olunacağına inam, Bakı Dövlət Universitetinə və Azərbaycan xalqına ən xoş arzular öz əksini tapıb. Həmçinin, düşmən Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində həyatını itirən mülki vətəndaşlara başsağlığı qeyd olunub.

Xəbər lenti