Logo

Erməni vandalizmi Lökbatan məktəblilərinin gözü ilə

03.11.2020 11:55 554 baxış
IMG

Bir aydan çoxdur ki, ölkəmizdə Vətən müharibəsi gedir.

 

Doğma və əzəli torpaqlarımızı, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağımızı mənfur erməni işğalından azad etmək üçün müzəffər ordumuz mübarizə aparır.

 

Qısa müddət ərzində dörd şəhər və xeyli sayda kəndlərimiz işğaldan azad edilib. Alçaq düşmən rəşadətli Ordumuzla bacarmadığından dinc sakinlərimizi hədəfə alır. Oktyabr ayında Gəncə və Bərdə şəhərlərinin atəşə tutulması nəticəsində irimiqyaslı qətliamlar törədildi. Həlak olanların içərisində uşaqlar, qadınlar, yaşlı insanlar da var. Bu qətliama etiraz olaraq dünyanın müxtəlif yerlərində aksiyalar keçirilir.

 

Bakının Qaradağ rayonundakı Lökbatan qəsəbəsinin 288 saylı tam orta məktəbinin 1-çi sinif şagirdləri də erməni vandalizminə qarşı etirazlarını bildiriblər. Erməni terrorunun qurbanları içərisində onların da həmyaşıdları var. Sinif rəhbəri Məhrubə Vəliyeva şagirdləri ilə onlayn əlaqə yaradaraq erməni terroruna və vandalizminə həsr edilmiş "Erməni terroruna son" adlı videoçarx hazırlayıb.

Xəbər lenti