Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
Tehsil.biz DİM-in noyabrın 3-ü saat 14:20-yə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 116 nəfər uğur qazanıb. Onlardan 65-i Təhsil Nazirliyində, 16-sı Maliyyə Nazirliyində, 9-u Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 3-ü Əqli Mülkiyyət Agentliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.
Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.