Logo

Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin növbəti uğuru

03.11.2020 15:04 454 baxış
IMG

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi "Astana Ulduzları" Beynəlxalq Festival Hərəkatı Təşkilatçılığı ilə keçirilən I Beynəlxalq "Grand Piano" Onlayn Müsabiqəsində  uğurla iştirak edib.

 

Müsabiqədə musiqi məktəbinin Fortepiano ixtisası üzrə VI sinif şagirdi Samirə Cəfərli çıxış edib.Uğurlu çıxış nəticəsində Samirə Cəfərli GRAN-Pri ilə mükafatlandırılıb.

 

Həmçinin  məktəbin Əməkdar Mədəniyyət işçisi Tamilla Məmmədova  Gənc nəslin musiqi və estetik tərbiyəsində əvəzsiz töhfələrinə görə Təşəkkürnamə ilə mükafatlandırılıb.

Xəbər lenti