Logo

“Yüksəliş” müsabiqəsinin 27 qalibindən 7-si BDU-nun məzunudur - Fotolar

16.07.2021 12:23 511 baxış
IMG

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsi qaliblərin adlarını açıqlayıb. 


“Rupor” xəbər verir ki, müsabiqənin finalında iştirak edən 112 namizəddən 27-si qalib adını qazanıb.
 

İştirakçılar arasında finalda iştirak edən 27 qalibdən 7 nəfəri Bakı Dövlət Universitetinin məzunlarıdır. Əliyev Fərrux Mübariz oğlu isə BDU-nun Jurnalistika fakültəsinin məzunudur. 


Mürsəlzadə Ziya Məhəmmədəli oğlu


1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Lester Universitetində (University of Leicester) Maliyyə ixtisası üzrə magistratura təhsili alıb. SOCAR, Əmək şəraiti normalarının işlənməsi İdarəsində idarə rəisinin müavini vəzifəsində çalışır.


 


Əliyev Fərrux Mübariz oğlu


1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Jurnalistika ixtisası üzrə bakalavriat, Upsalla Universitetində Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb. Varvik Biznes Məktəbində (Warwick Business School) Biznesin idarə edilməsi ixtisası üzrə ikinci magistratura təhsilini bitirib. “PAŞA Holding”də İnnovasiyalar üzrə Proqram rəhbəri vəzifəsində çalışır.



Xəlilova Rzazadə Leyla Qara qızı


1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində bakalavriat, CIFE Avropa İnstitutunda (CIFE European Institute) Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura təhsili alıb. Təhsil Nazirliyində Təhsil İslahatlarının Koordinasiyası sektorunun müdiri vəzifəsində çalışır.



Seyranov Xamis Rəşad oğlu


1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Mülki və təsərrüfat hüququ ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Malmö Universitetində  Dünya siyasi prosesləri ixtisası üzrə ikinci magistratura təhsili alıb. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti”ndə şöbə müdiri vəzifəsində çalışır. Azərbaycan Dövlət İqtisad Universitetinin (Business School - MBA Program) müəllimidir. 



Qafarzadə Ləman İsbəndiyar qızı


1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və aspirantura/doktorantura, Qlazqo Universitetində (The University of Glasgow) Kommersiya hüququ ixtisası üzrə magistratura təhsili alıb. “Ali Məhkəmənin İnzibati Kollegiyası”da Kollegiya sədrinin köməkçisi/ hakim köməkçisi vəzifəsində çalışır. 



Qazı zadə Orxan Cavanşir oğlu


1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, Dövlət və hüquq nəzəriyyəsi və tarixi ixtisası üzrə magistratura təhsili alıb. “Azərbaycan Respublikasının Baş Prokurorluğu, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi”ndə prokuror vəzifəsində çalışır. 



 

Məlikova Ülkər Mustafa qızı


1991-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat, magistratura və aspirantura/doktorantura təhsili alıb. "Competo" MMC şirkətində Hüquq məsələləri üzrə menecer, “KOBİA”da Korporativ hüquq üzrə ekspert, Bakı Dövlət Universiteti, "SABAH" Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universitetində müəllim vəzifəsində çalışır.


Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.


“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Xəbər lenti