Logo

BMU-da Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi yaradılıb

03.11.2020 15:23 594 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) distant təhsil və keyfiyyətin təminatı sahəsində işlərin daha da təkmilləşdirilməsi məqsədilə Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi yaradılıb.

 

 

Tehsil.biz xəbər verir ki, mərkəzin fəaliyyətinin əsas məqsədi BMU-da əyani/distant təhsilin  və təhsilə dəstək verən bütün xidmət sahələrinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı vəzifələrin həyata keçirilməsi sahəsində monitorinqlərin aparılması, bu sahədə risklərin qiymətləndirilməsi, həmçinin fəaliyyətlərin effektivliyinin artırılması üçün zəruri tədbirlərin görülməsini təmin etməkdir. Qurum eyni zamanda, informasiya və kommunikasiya texnologiyalarına əsaslanan distant təhsilalma fоrması üzrə tədris prosesinin təşkilinə dəstək verməklə yanaşı, onun keyfiyyətinə nəzarət edəcək.

 

 

Mərkəzin missiyası universitetin keyfiyyət təminatı sisteminin fəaliyyətini təşkil etmək, keyfiyyət nəticələri və əhatəliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan əyani/distant təhsil sistemi formalaşdırmaq, müasir dövrün tələblərinə uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik rəqabət qabiliyyətli mütəxəssislərin əmək bazarına çıxışını təmin etməkdir.

 

Xəbər lenti