Logo

2021-2022-ci illər üzrə SAT imtahanlarının tarixləri elan olunub

16.07.2021 13:18 94 baxış
IMG

2021-ci ilin ikinci yarısı və 2022-ci ilin birinci yarımilində Dövlət İmtahan Mərkəzində keçiriləcək SAT imtahanlarının tarixləri elan olunub.

 

Qeyd edək ki, SAT imtahanları ABŞ-ın ETS (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) təşkilatının dəstəyi ilə College Board (Ali təhsilə qəbul Şurası) tərəfindən hazırlanır və dünyanın müxtəlif ölkələrində olan test mərkəzlərində keçirilir.

 

İmtahan tarixləri:

 

  • 28 avqust 2021-ci il
  • 2 oktyabr 2021-ci il
  • 4 dekabr 2021-ci il
  • 12 mart 2022-ci il
  •  7 may 2022-ci il

 

İmtahanların tarixləri DİM-in saytının “Təqvim” bölməsinə əlavə olunur. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur.

 

SAT imtahanları ilə bağlı vacib tarixlərlə aşağıdakı posterdən (ingilis dilində) tanış olmaq mümkündür.

 

SAT ilə yanaşı DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı keçiddən məlumat əldə edə bilərsiniz.

Xəbər lenti